Media

Press relizlər

Qadınların tolerant və mütərəqqi cəmiyyətin inkişafındakı roluna həsr olunmuş konfrans keçiriləcək

23 noyabr 2026 16:33

Paylaş:

24 noyabr 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans təşkil ediləcək.
Konfransda dövlət qurumlarının rəhbərləri, sahə üzrə ekspertlər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Tədbirdə qadınların cəmiyyətin inkişafında, tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqində, milli-mənəvi irsin qorunmasında, eləcə də sosial tərəqqinin təmin edilməsində rolu müzakirə olunacaq. Eyni zamanda, qadınların ictimai-siyasi, elm və təhsil sahələrində iştirakının genişləndirilməsi, gender bərabərliyinin təşviqi, gənc nəslin tolerantlıq və vətənpərvərlik ruhunda yetişdirilməsində qadınların töhfəsinin artırılması məsələlərinə diqqət yetiriləcək.
Konfrans dövlət qurumları, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqun gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, yeni təşəbbüslərin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli platforma olacaq.
Konfrans çərçivəsində “Təhsil, elm və maarifləndirmə: cəmiyyətin inkişafında qadın intellektinin gücü” və “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzularında panel sessiyaları keçiriləcək.