Media
Press relizlər
“Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində ilk görüş yazıçı Anarla keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və Mədəniyyət Televiziyasının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verilib. Layihənin məqsədi uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə əsasən maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətin gücləndirilməsidir.
Layihə çərçivəsində tanınmış ziyalıların uşaq və gənclərlə görüşləri, həmçinin bu mövzuda konfrans və forumların keçirilməsi nəzərədə tutulur. İlk görüş 14 aprel 2025-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə keçiriləcək. Görüşdə 100 nəfərdən çox uşaq və gənc iştirak edəcək.