Media

Press relizlər

“Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda Konfrans keçiriləcək

28 aprel 2026 12:46

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçiriləcək.

 Konfransın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, onun müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında oynadığı mühüm rolun gənc nəslə daha geniş şəkildə çatdırılmasıdır.

Konfransda Dövlət Komitəsinin sədr müavini və Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əli Hüseynli, Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Əli Həsənov və Mingəçevir şəhər gəncləri iştirak edəcəkdir.

 Sözügedən konfrans Yeni Azərbaycan Partiyası və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 4 may 2026-ci il tarixində saat 11:00-da Mingəçevir Dövlət Universitetində təşkil ediləcək.