Media
Press relizlər
“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə 23 iyun 2025-ci il tarixində, saat 13.00-da “Four Seasons” hotelində “Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil ediləcək.
Məzun günü 2021-ci ildə ali təhsil müəssisələrinə yüksək balla daxil olmuş “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı və “Sən Tək Deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı iştirakçılarının məzun olması, eləcə də onların əzmkarlığını, əldə etdikləri nailiyyətləri qeyd etmək məqsədilə keçirilir.
Tədbir zamanı layihəyə həsr olunmuş video-çarx da nümayiş etdiriləcək. Açılış nitqləri və çıxışlardan sonra tədbir bədii hissə ilə davam edəcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi