Media
Press relizlər
“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Paylaş:
14 oktyabr 2024-cü il tarixində saat 15:00-da “Fairmont” otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcəkdir.
Layihə çərçivəsində regionlardan gənc qızların təhsilinə dəstək göstərilməsi məqsədilə yaradılan “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılacaqdır.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil naziri Emin Əmrullayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, rektorlar və layihənin iştirakçıları olan gənc qızlar iştirak edəcəkdir.