Media

Press relizlər

“Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunacaq

30 may 2024 17:54

Paylaş:

31 may 2024-cü il tarixdə, saat 09:30-da  “JW Marriott Absheron Baku” otelinin Şərq zalında “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” mövzusunda konfrans təşkil olunacaq.

 Konfrans “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinə müvafiq olaraq, uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi, erkən uşaqlıq dövründə uşaqların düzgün inkişafı ilə bağlı məlumatlılığının artırılması, müvafiq qurumların arasında koordinasiyanı təmin etmək məqsədini daşıyır.

 Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin iştirakı ilə keçiriləcək konfransda rəsmi hissə və ”Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafi” mövzularında panel müzakirələr keçiriləcək. Tədbirdə 120 nəfərin iştirakı nəzərdə tutulub.

Konfransın gedişatında tədbir iştirakçıları ilə fəal müzakirələr aparılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.  Tədbir zamanı konfrans iştirakşıları üçün 3 təlim gününün nəticələrini özündə əks etdirən video-çarx, erkən uşaqlıq dövrünün inkişafı haqqında (EUDİ) portalının təqdimatı və bədii hissə nümayiş edilləcək.

Qeyd edək ki, konfransdan öncə Dövlət Komitəsi tərəfindən 28, 29 və 30 may tarixlərindəTürkiyə Spastik Uşaqlar Vəqfinin rəhbəri, Metin Sabancı Xüsusi Təhsil və Reabilitasiya Mərkəzinin müdiri, fizioterapevt Turqay Arık, Türkiyə Spastik Uşaqlar Vəqfinin əməkdaşları, uşaq inkişafı mütəxəssisi Nazan Özen, özəl təhsil mütəxəssisi Mehmet Ala və fizioterapevt-mütəxəssis Özge Karanlıkıniştirakı ilə respublikamızda təhsil, səhiyyə və sosial sahələrdə uşaqlara xidmət göstərən mütəxəssislər üçün “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı” və “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafi” mövzularında təlimlər təşkil edilib.