Media
Press relizlər
“Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçiriləcək
Paylaş:
15 may 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçiriləcək. 15 may “Beynəlxalq Ailə Günü”nə həsr edilən konfrans, “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində təşkil olunub.
Məqsəd ailə institutunun nüfuzunun qorunması və inkişafına, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə vermək, eyni zamanda qeyd edilən məsələlərin təhsil prosesində öz əksini tapmasını təşviq etməkdir.
Konfransda deputatlar, dövlət qurumlarının nümayəndələri, universitetin müəllim heyəti, elm xadimləri və media nümayəndələri iştirak edəcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi