Media

Press relizlər

“Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçiriləcək

29 fevral 2024 10:25

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Ekoloji tarazlığın və insan hüquqlarının təminatı sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda konfrans keçiriləcək.

Konfransda millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək.

Tədbir 1 mart 2024-cü il tarixində, saat 11.00-da “Hilton Baku” hotelinin “Sevda” zalında (ünvan: Azadlıq pr.1) baş tutacaq.