Media
Press relizlər
Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş dəyirmi masa keçiriləcək
Paylaş:
29 yanvar 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunmuş dəyirmi masa keçiriləcək.
Tədbirinin təşkil edilməsində məqsəd Şərqdə ilk dəfə seçki hüququ qazanan Azərbaycan qadınlarının seçkilərdə azad və sərbəst fəaliyyətinin təkmilləşdirilməsi, aktivliyinin və məlumatlılıq səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş layihələrin müzakirəsindən ibarətdir.
Dəyirmi masada ictimai xadimlər, sahibkar qadınlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəkdir.