Media

Press relizlər

Dövlət Komitəsi hər kəsi qanvermə aksiyasında iştiraka çağırır

10 aprel 2025 09:40

Paylaş:

Dövlət Komitəsi hər kəsi #qanvermə aksiyasında iştiraka çağırır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 17 aprel 2025-ci il tarixində dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə Respublika Qan Bankında “Ümumdünya Hemofiliya Günü”nə həsr edilmiş #Arzularaqanadverək adlı qanvermə aksiyası keçiriləcəkdir.
Aksiya #talassemiya və #hemofiliya, eləcə də #leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
⏰Saat 09:00-dan 19:00-a qədər davam edəcək aksiyaya könüllü donorlar da qoşula bilər.
📍Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə birlikdə Nəsimi rayonu, Feyzulla Qasımzadə 65 ünvanında yerləşən Respublika Qan Bankının inzibati binasına yaxınlaşa bilər.  
📣Dövlət Komitəsi qan çatışmazlığından əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu nəcib aksiyaya qoşulmağa çağırır.