Media
Press relizlər
Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi Ailə Festivalı keçiriləcək
Paylaş:
Festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edəcək. Uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı təşkil ediləcək. Eyni zamanda festivalda Dövlət Komitəsi tərəfindən keçirilmiş “Həyatdan şəkilə” adlı onlayn fotomüsabiqənin qalibləri mükafatlandırılacaq.
“Ailə Festivalı” 14 may 2024-cü il tarixdə, saat 15:00-19:00-da Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkındakeçiriləcək.