Media
Press relizlər
“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda Konfrans keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda Konfrans keçiriləcək.
Konfransın keçirilməsində məqsəd bələdiyyələrdə komissiyaların işinin təşkili, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, bu sahədə mövcud vəziyyətin təhlili və fikir mübadiləsinin aparılmasıdır.
Konfrans 19 dekabr 2024-cü il tarixində saat 10.00-da “Hyatt Regency Baku” hotelinin “Quba Zalı”nda baş tutacaq.