Media
Press relizlər
"Balaca günəşlərin yaz düşərgəsi"nin başa çatması münasibətilə tədbir keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Daun sindromlu uşaqlar üçün təşkil etdiyi yaz düşərgəsinin başa çatması münasibətilə tədbir keçiriləcək.
Tədbir 14 mart saat 15:30-da “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində (ünvan: Zağulba qəsəbəsi, Rasim İmanov 40) baş tutacaq.
5 mart tarixindən başlayan düşərgəyə 25 uşaq valideyni ilə qatılıb. Düşərgədə hər gün psixoloq, sosial işçi və təlimçilər tərəfindən inkişafetdirici təlimlər, interaktiv oyunlar, eləcə də art-terapiya, idman məşğələləri, rəqs dərsləri, eyni zamanda iştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncə proqramı, maraqlı ekskursiyalar təşkil olunub.
Qeyd edək ki, düşərgənin təşkil olunmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, sosial xidmətlərlə təmin olunması, cəmiyyətə inteqrasiyası və onların valideynlərinə psixo-sosial dəstəyin göstərilməsidir.