Media
Press relizlər
Azərbaycan nümayəndə heyəti BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 69-cu sessiyasında iştirak edəcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti 10-21 mart 2025-ci il tarixlərində BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının Pekin Bəyannaməsi və Platformasının icrası, eləcə də qiymətləndirilməsinə həsr olunan 69-cu sessiyasında iştirakla bağlı ABŞ-nin Nyu-York şəhərinə yollanıb.
Sessiya çərçivəsində yüksək səviyyəli dəyirmi masa, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (SESRİC), BMT-də İslam Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndəliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı iqlim koalisiyası – KOB-ların yaşıl keçidi: qadınların gücləndirilməsi” mövzusunda yan tədbir keçiriləcək.
Sessiyada hökumətlər, vətəndaş cəmiyyəti və fəallar qadın hüquqları, qadınların səlahiyyətləndirilməsi və gender bərabərliyi mövzularında müzakirə aparmaq üçün bir araya gələcəklər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi