Media

Press relizlər

“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlim keçiriləcək.

13 aprel 2025 09:45

Paylaş:

14 -15-16 aprel 2025-ci il tarixlərində saat 09.30-dan 18.00-dək Bakı şəhəri, JW Marriott Absheron Otelinin “Xırdalan” zalında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlimlər keçiriləcəkdir.
Təlimlərin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli əlaqələndirməni təmin etmək, gender bərabərliyi sahəsindəki qanun və siyasətlərin icrası ilə bağlı səlahiyyətlərini və vəzifələrini aydın şəkildə müəyyən etməkdən ibarətdir.
Təlimlər müstəqil ekspert Şəms Mustafayeva tərəfindən aparılacaqdır.