Media

Press relizlər

“Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə yay təlim proqramının təşkil edilməsi nəzərdə tutulur

26 iyul 2024 15:57

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün 29 iyul - 2 avqust 2024-cü il tarixlərində Qəbələ rayonunda “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusu üzrə yay təlim proqramının təşkil edilməsi nəzərdə tutulur.

5 gün ərzində tələbələr üçün gender və uşaq məsələləri üzrə peşəkar təlimçilər tərəfindən mediada nümunəvi ailə dəyərlərinin təbliği, eləcə də qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı ilə mübarizə, jurnalistlərin etik davranış qaydaları, beynəlxalq kodekslər, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları, eləcə də araşdırma materiallarının hazırlanması və digər mövzular üzrə təlimlər keçiriləcək.

Eyni zamanda proqram çərçivəsində qrup tapşırıqları və interaktiv müzakirə sessiyaları təşkil ediləcək.

Proqram müddətində jurnalistlərin Komitənin Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzininin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətlər barədə məlumatlandırılması məqsədilə Mərkəzə media tur təşkil ediləcək.(31 iyul)

Təlimin yekununda iştirakçılar sertifikatlarla mükafatlandırılacaqdır. (2 avqust)

Yay Təlim Proqramı “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası”nın Fəaliyyət Planına uyğun keçirilir.