Media

Press relizlər

"8 Mart - Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçiriləcəkdir

5 mart 2024 12:07

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 6 mart 2024-cü il tarixində, saat 17:30-da Heydər Əliyev Sarayında "8 Mart - Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçiriləcəkdir.

Tədbirdə millət vəkilləri, dövlət və özəl sektor, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən respublikanın bütün regionlarından qadınlar, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək.

Tədbirdən əvvəl saat 16:00-da Fəxri Xiyaban ziyarət ediləcək.