Media

Press relizlər

8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

4 mart 2025 14:47

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 5 mart 2025-ci il tarixində, saat 17.00-da Heydər Əliyev Sarayında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçiriləcəkdir. 

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndiriləcək.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin 1-ci müavini Əli Əhmədovun açılış nitqləri dinləniləcək.

Tədbirdə dövlət və hökumət nümayəndələri, eləcə də ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınlar iştirak edəcəkdir.

Rəsmi çıxışlardan sonra tədbir bədii hissə ilə davam edəcək.