“15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü”
Paylaş:
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onlara bərabər imkanların yaradılması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir.
“15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü” münasibətilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində müalicə alan onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara mənəvi yardım göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək məqsədilə “Sabun köpükləri” tamaşasının nümayişini təşkil edəcək.
Tədbir 14 fevral 2018-ci il tarixdə saat 11:00 –da Milli Onkologiya Mərkəzində keçiriləcəkdir. Milli Onkologiya Mərkəzində müalicə alan 50 nəfər uşaq üçün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim ediləcəkdir.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 79B
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.