Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü
Paylaş:
15 Fevral dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Bu gün xərçəngə qarşı Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyası təşəbbüsü ilə 2001-ci ildən etibarən hər il qeyd olunur. Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır.
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində 14 fevral 2018-ci il tarixində Mərkəzdə müalicə alan 1 – 17 yaşadək olan 50 nəfər uşağa mənəvi dəstək göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək məqsədilə əyləncəli şou tamaşa təşkil edilib.
Tədbiri AQUPDK-nın Uşaq Problemləri şöbəsinin əməkdaşı Günel Nağdəliyeva giriş sözü ilə açaraq qeyd edib ki, bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır. Həmçinin, qeyd edilmişdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər hüquq və imkanların yaradılması, uşaqların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Son olaraq tədbirdə iştirak edən uşaqlar üçün Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif hədiyyələr paylanılıb.