Komitədə BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional Bürosunun Direktorunun müavini cənab Rastislav Vrbenski ilə görüş keçiriləcək

12 fevral 2018

Paylaş:

Azərbaycan Respublikasında BMT tərəfindən qadın hüquqlarının müdafiəsi,
məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib
layihələr həyata keçirilib və davam etdirilir. Bu əməkdaşlığın səviyyəsinin daha da
yüksəldilməsi məqsədilə 13 fevral 2018-ci il tarixində, saat 11:15-də Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova ilə BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional
Bürosunun Direktorunun müavini cənab Rastislav Vrbenskinin görüşü baş tutacaq.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova ilə BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional
Bürosunun Direktorunun müavini cənab Rastislav Vrbenskidan başqa BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi /BMTİP-in rezident nümayəndəsi cənab Qulam
İsakzai, BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndənin müavini cənab
Alessandro Frakassetti və başqalarının iştirakı nəzərdə tutulur.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qadın hüquqlarının
müdafiəsi, gender bərabərliyinin təmin edilməsində və keçirilən layihələrdə effektivliyin
artırılması məqsədilə müzakirələr aparılacaq.