“Qadın hüquqları və gender bərabərliyi” mövzusunda təlimlər keçirildi
Paylaş:
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gəncə-Qazax İqtisadi Rayonunun Yerli və Regional İnkişafına Dəstək” layihəsi çərcivəsində aparılan fəaliyyətlərdən biridə “Dayaq Mentorluq” layihəsidir.
“Dayaq mentorluq” layihəsinin təşəbbüskarı Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı, əsas tərafdaşı isə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Yerli idarəetmədə təmsil olunan qadınların gücləndirilməsi məqsədi ilə liderlik, səmərəli ünsiyyət, layihələrin idarə olunması, ictimai məlumatlandırma, təqdimat bacarıqları, qadınların icma iştirakçılığı, inamın formalaşdırılması kimi mövzularda təlimlər təşkil edilib.
Yanvar- fevral ayları ərzindəlayihə çərçivəsində növbəti təlim seminar Daşkəsən, Gədəbəy, Tovuz, Gəncə, Goranboy, Şəmkir rayonlarında “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda keçirilib. Seminarda bələdiyyə üzvləri ilə yanaşı, ictimai fəal qadınları da iştirak edərək müzakirələrdə öz töhfələrini veriblər. Təlimin məqsədi yerli özünüidarəetmə orqanlarında – bələdiyyələrdə qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini ərazidə aparılan quruculuq, abadlıq işləri ilə yanaşı sosial məsələlərə, qadın problemlərinin həlli məsələlərinə yönəltməkdən ibarətdir.
Təlimlərdə qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı, uşaq nikahları, insan alveri və narkotiklərlə mübarizə, vətəndaşlara xidmət və digər mövzular üzrə məlumatlar iştirakçılara çatdırılıb. Təlimlərdə bələdiyyələr, müəllimlər, həkimlər, hüquqşunaslar, dövlət qulluqçuları iştirak edib.
Təlim seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov, Almaniya Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının nümayəndəsi Fidan Qasımova, layihənin eksperti Rühəngiz Hüseynova iştirak ediblər.
Növbəti təlimlərin Gəncə, Şəmkir və Goranboy rayonlarında keçirilməsi planlaşdırılır.