Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Masallı rayonunda vətəndaşları qəbul edib

22 sentyabr 2015

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  sentyabrın 4-də  Masallı rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı, Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı və Cəbrayıl rayonlarının sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl Hicran Hüseynova və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbulda adları çəkilən rayonlardan olan ərizəçilər öz problemləri ilə bağlı müraciət edib. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında  qadın hüquqlarının müdafiəsi, işlə təminat, sağlamlıq, qadın sahibkarla dəstək, zorakılığa məruz qalan qadın və uşaqlar üçün sığınacaqların verilməsi və digər məsələlər  yer tutur. Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə də baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.