Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın üzvləri ilə görüş keçirildi

26 dekabr 2017

Paylaş:

26 dekabr tarixində Dövlət Komitəsi yanında yaradılan İctimai şuranın üzvləri ilə görüş keçirilib. İclası giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Eyni zamanda, sədr müavini qeyd edib ki, yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsi prosesində Qeyri-hökumət təşkilatlarının rəy və təklifləri də diqqətlə öyrənilməli və nəzərə alınmalıdır.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Açıq səsvermə yolu ilə İctimai şuranın sədri, sədr müavini və katibi seçilməsi üçün səsvermə keçirilib. Səsvermənin nəticəsi olaraq yekdilliklə İctimai şuranın sədri – “Gender və İnsan Hüququ” Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə, İctimai Şuranın sədr müavini – “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev və  İctimai şuranın katibi – “Qadınlar Bələdiyyələrin inkişafı uğrunda İctmai Birliyinin sədri Lyüdmila Xəlilova seçilib.

Daha sonra növbəti il üçün birgə Fəaliyyət Planının qəbul edilməsi məqsədi ilə müzakirələr aparılıb.