“Mən həyatı seçirəm” adlı layihə çərçivəsində növbəti tədbir Bakı Neft Energetika Kollecində keçiriləcəkdir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq, respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə keçirilən layihələrin davamı olaraq, “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbirin 7 dekabr 2017-ci il tarixində saat 12:00-da Bakı Neft Energetika Kollecində komitə əməkdaşlarının və ekspert qismində “Sağlam ailə” Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində keçiriləcək tədbirdə sağlam həyat tərzi, reproduktiv sağlamlıq , erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri–infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə, ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzular ətrafında müzakirələr keçiriləcəkdir.