“Beynəlxalq Əlillər Günü" münasibətilə tədbir keçiriləcək
Paylaş:
1992-ci ildə BMT-nin Baş Məclisi 3 dekabr tarixini "Beynəlxalq Əlillər Günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyətin diqqətini əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
Bu gün münasibəti ilə 1 dekabr 2017-ci il tarixində, saat 12:00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində tədbir keçiriləcəkdir. Tədbirdə Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Xəzər rayon İcra Hakimiyyətinin müavini Arif Balayev iştirak edəcəkdir. Tədbir çərçivəsində Şüvəlan UADM-nin əlilliyi olan şəxslərlə görülən iş ilə tanışlıq və ehtiyacı olan şəxslərə 3 ədəd əlil arabası və 5 ədəd ortopedik ayaqqabının verilməsi nəzərdə tutulub.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün sizi əməkdaşlığa dəvət edirik.