“Qadın Sağlamlığı” ilə bağlı maarifləndirmə kampaniyası keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ginekologiya və Perinatalogiyanın İnkişafına Dəstək İctimai Birliyinin əməkdaşlığı ilə 2014-2015-ci illərdə regionlarda (Mingəçevir, Gəncə, Lənkəran, Yevlax, Şəki şəhərləri və Quba, Qusar, Xaçmaz, Şəmkir, Şirvan, Masallı, Balakən, Qax, Zaqatala, Beyləqan, İmişli rayonları) qadın sağlamlığı bağlı maarifləndirmə kampaniyası həyata keçirilib.
2017-ci ilin ikinci yarısı və 2018-ci il ərzində Bakı şəhərinin rayonları və Sumqayıt şəhərində maarifləndirmə kampaniyasının davam etdirilməsi planlaşdırılır.
Maarifləndirmə kampaniyası çərçivəsində 1 noyabr Sumqayıt şəhərində, 22 noyabr 2017-ci il tarixində Nəsimi rayonunda qadınların iştirakı ilə tədbir keçirilib.
29 noyabr 2018-ci il tarixində Bakı şəhərinin Xətai rayonunda tədbir keçirilməsi planlaşdırılır.