“Hüququnu bil!” adlı maarifləndirmə tədbiri təşkil edilib.

17 noyabr 2017

Paylaş:

20 noyabr – Beynəlxalq Uşaq Günü münasibəti ilə uşaq aylığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri maarifləndirici və əyləncəli tədbirlər təşkil edib.

Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi noyabrın 10-da rayonun Şirinbəyli kəndində, noyabrın 13-də  Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Zarağankənd uşaq bağçasında, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun uşaq kitabxanasının akt zalında “Hüququnu bil!” adlı maarifləndirmə tədbiri təşkil edib.

Tədbirdə 20 noyabr 1989-cu ildə qəbul edilən “Uşaq Hüquqları Konvensiyası” və Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu və uşaqların 4 əsas- yaşamaq, müdafiə olunmaq, inkişaf etmək və iştirak hüquqları barədə məlumat verilib. Tədbirdə çıxış edənlər uşaq hüquq və azadlıqlarının təmin edilməsinin, uşaqların təhsildən yayınmasının qarşısının alınması, uşaqların məcburi əməyə cəlb edilməsinin ləğvi sahəsində görülən işlərin vacibliyi vurğulayıblar.

Əyləncəli tədbir proqramı çərçivəsində uşaqlar şeir söyləyib, səhnəcik nümayiş etdirib və mahnılar oxuyublar.

Sonda uşaqları maraqlandıran suallar cavablandırılıb.