“Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan ailəsinə xas dəyərlərin, sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədi ilə “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərşivəsində növbəti tədbir 10 avqust 2015-ci il tarixində Nizami rayonundan olan ailələr üçün Nizami rayonunda keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə :
- Milli-mənəvi və ailə dəyərlərinin təbliği
- Ailənin asudə vaxtının səmərəli təşkili
- Sağlam həyat tərzinin təbliği
- Gənclərin fiziki hazırlığının önəmi
- Demoqrafik vəziyyət
- Ailə – məktəb münasibətlərinin düzgün təşkili
- Ailə büdcəsinin idarə olunması
- Ailə və cəmiyyətdə etik davranış qaydaları
kimi mövzular ətrafında ekspertlərin çıxışları, intellektual oyun və idman yarışının, ailəliklə nahar süfrəsinə hazırlıq işlərinin təşkili nəzərdə tutulmuşdur.
Tədbir, 10 avqust 2015-ci il tarixində, saat 11:00-da Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, “Heydər Bağı”- Park Bulvarda keçiriləcəkdir.
Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün bütün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.