Komitə sədri Birləşmiş Millətlər Təşkilatının Könüllü Etimad Fondunun Qəyyumlar Heyətinin sədri ilə görüşüb
Paylaş:
19 Oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Birləşmiş Millətlər Təşkilatının Könüllü Etimad Fondunun Qəyyumlar Heyətinin sədri (BMT-nin uşaq hüquqları üzrə keçmiş eksperti (2003-2009)) xanım Nevena Vukoviç Sahoviçlə görüşüb.
Görüşdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirilən təlimin effektivliyi, Azərbaycan Hökuməti tərəfindən BMT-nin Uşaq hüquqları haqqında Konvensiyaya dair növbəti hesabatın hazırlanması və digər məsələlər müzakirə edilib.
Görüş çərçivəsində Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunan nailiyyətlər, milli qanunvericilikdə edilən dəyişiklər və digər məsələlər haqqında danışıqlar aparılıb.