“Məişət zorakılığı nədir”

12 iyun 2015

Paylaş:

12 iyun 2015-ci il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Məişət zorakılığı və ailə münasibətləri” adlı dəyirmi masa keçirilmişdir. Zərdab UADM-nin, Rayon Polis Şöbəsinin, Rayon İcra Hakimiyyətinin, YAP Zərdab Qadınlar Şurasının nümayəndələrinin iştirak etdiyi tədbirdə “Məişət zorakılığı nədir” adlı video-çarx nümayiş olunmuş, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunundan, məişət zəminində fiziki zorakılıq baş verərsə, zorakılığı törədən şəxsin Cinayət Məcəlləsinə cəlb olunmasından bəhs edilmiş, qadınlara qarşı zorakılığın qarşısının alınmasının müasir dövrün mühüm məsələlərindən biri olduğu qeyd edilmişdir. Bundan əlavə çıxışlarda bildirildi ki, bəzən də  qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, qadınların bir çoxu öz hüququnu bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Bu sahədə maarifləndirmə işlərinin aparılması çox məqsədəuyğundur. Dəyirmi masa iştirak edənlərin qarşılıqlı müzakirəsi və sulların cavablandırılması ilə yekunlaşdırıldı.