Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “Qohum nikahların qarşısının alınması” mövzusunda tədbir keçirmişdir
Paylaş:
Aprelin 13-ü Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Saatlı rayon Sarıcalar kəndində “Qohum nikahların qarşısının alınması” mövzusunda tədbir keçirmişdir. Tədbirdə qohum nikahların yaranma səbəbləri, bu nikahların daha çox yayıldığı ölkələr, qohum nikahlardan doğulan uşaqlarda yaranan irsi xəstəliklər və belə nikahların qarşısını almaq üçün nə etmək lazım olduğu haqqında məlumat verilmişdir.
Tibb elmi bu nikahı uyğun görməsə də bu gun bir sıra dünya ölkələrində eləcə də bizim ölkəmizin bəzi rayon və kəndlərində qohum evliliklərinin hələ də rast gəlinməsi və bu nikahlardan yaranan fəsadlar haqqında statistik məlumatlar verilmişdir. İştirakçılara ailə qurmadan əvvəl tibbi müayinədən keçməyin vacib olduğu bildirilmişdir.
Sonda qadınları maraqlandıran suallar cavablandırılmışdır.