Qəbələ Rayon Heydər Əliyev Muzeyində “ XX Əsrin ən dəhşətli Faciəsi” mövzusunda dəyirmi masa keçirilmişdir
Paylaş:
Qəbələ rayon Heydər Əliyev Muzeyində 22 fevral 2013-cü il tarixində “XX əsrin ən dəhşətli faciəsi” mövzusunda tədbir keçirilmişdir. Xocalı soyqırımına həsr olunmuş tədbirdə 63 nəfər iştirak etmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev, Gənclər və idman idarəsinin əməkdaşı Mübariz Ağayev, şəhər məktəblərinin müəllimləri, Qəbələ Turizm və Otelçilik üzrə Peşə litseyinin şagirdləri, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi, muzeyin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Xəyalə İsayeva açmış Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bildirmişdir. Tədbirdə başqaları ilə yanaşı Qəbələ UADM-in direktporu R.Mahmudova da çıxış etmiş, Xocalı soyqırımı barədə tarixi faktları söyləməklə yanaşı, gənc müəllimlərin dəyirmi masada söylədikləri fikirlərini məktəblərdə davamlı olaraq uşaqlara çatdıracaqlarına və bu XX əsrin ən dəhşətli soyqırımını ancaq kütləvi informasiya vasitələrindən izləyən uşaqları vətənpərvərlik ruhunda tərbiyə edəcəklərinə əmin olduğunu bildirmişdir. Tədbirin sonunda “Xocalı Harayı” adlı film nümayiş etdirilmişdir.