“Nikolya” – Şokolad Muzeyinin müəllif sərgisi
Paylaş:
27 may 2015-ci il tarixində, saat 15:00-da Muzey Mərkəzinin Dairəvi zalında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş ilk dəfə Bakıda keçirilən “Nikolya” – Şokolad Muzeyinin müəllif sərgisinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər çərçivəsində aztəminatlı və çoxuşaqlı ailələrdən olan 10 uşaq sərgiyə dəvət olunmuşdur. Sərgidə Şokolatye Nikolya xüsusi olaraq həmin uşaqlara Master-klass keçmişdir. Master-klassda həmçinin Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak etmişlər.
Sərgidə keçirilən Master-klassda Şokolatye Nikolyanın köməyi ilə Bakıda 1-ci Avropa Oyunlarına həsr olunmuş şokolad-martsipandan uşaqların hazırladıqları suvenirlər Nikolya tərəfindən onlara hədiyyə edilmişdir.
Eləcə də dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunan “Nikolya” Şokolad Muzeyinin müəllif sərgisində ilk həftədən başlayaraq Bakıda 5000-dən artıq insan müəllif tərəfindən yaradılan şokolad möcüzələrini izləmişdir.