Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaqların tərbiyəsində valideylərin rolu” adlı dəyirmi masa keçirilmişdir

23 oktyabr 2014

Paylaş:

23 oktyabr 2014-cü il tarixdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaqların tərbiyəsində valideylərin rolu” adlı dəyirmi masa keçirilmişdir. Masada 15 nəfər iştirak etmişdir.

Ayrı-ayrı yaş dövrlərində nəsillərarası ünsiyyətin xarakteri də müxtəlif olur. Bu müxtəliflik bir çox hallarda valideyn- uşaq münasibətlərində ciddi problemlərin yaranmasına səbəb olur. Dəyirmi masada ailədaxili ünsiyyətin təşkilində yaranan problemlər barədə müzakirələr aparılmışdır.