“Kim nə bacarır” adlı sərgi

5 mart 2015

Paylaş:

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 04 -05 Mart 2015-ci il tarixlərdə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində evdar qadınların cəmiyyətə inteqrasiyası məqsədi ilə “Kim nə bacarır” adlı sərgi təşkil olundu. Sərgidə sağlamlıq imkanları məhdud, evdar qadınlar  müxtəlif rəngli saplardan toxuduqları parçalar, muncuq və biserlərdən hazırladıqları mənzərələr, tikmələr və ləziz azuqələr nümayiş olundu. 2 gün davam edən  sərgiyə yekun olaraq tədbir keçirildi. Fəal qadınlara 8 Mart münasibəti ilə hədiyyələr də verildi.