“Uşaqlar bizim gələcəyimizdir”
Paylaş:
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Zərdab UADM-ın təşkilatçılığı ilə Heydər Əliyev Parkında “Uşaqlar bizim gələcəyimizdir” adlı şənlik-tədbiri keçirilmişdir. Tədbirdə bu bayramın dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edildiyi bildirilmiş, mərkəzdən bəhrələnən uşaqların flashmobu nümayiş olunmuşdur. Şəhər 1 saylı məktəb şagirdlərinin, 1 və 2 saylı körpələr evi uşaq bağçasının uşaqlarının nümayiş etdirdiyi səhnəciklər, söylədiyi şeirlər və ifa etdiyi rəqslər gələn qonaqların zövqünü oxşamışdır. Çıxış edənlər “Uşaq hüquqları” haqqında Qanundan, uşaqların hüquq bərabərliyindən bəhs etmiş, uşaqları təbrik etmiş, onlara xoşbəxt və firavan gələcək arzu etmişlər.
Tədbirdə fəal iştirak edən uşaqlara hədiyyələr verilmişdir. Şənliyin sonunda xidmətlərdən bəhrələnənlərin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.