Zərdab UADM-nin təşkilatçılığı ilə “Bütün ailə ilə sağlamlığa doğru addım” adlı dəyirmi masa keçirilib
Paylaş:
Avqustun 17-i Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Bütün ailə ilə sağlamlığa doğru addım” adlı dəyirmi masa keçirilib. Tədbirə Rayon Gənclər və İdman İdarəsindən, Rayon Mərkəzi Xəstəxanasından, Mədəniyyət evi və kitabxana üzvlərindən qonaqlar dəvət olunub.
Masa ətrafında ailə nədir, ailənin səmimi və sağlam münasibətlər üzərində qurulması, ailədə qarşılıqlı hörmətin olması, ətraf mühitin ailəyə təsiri, xoşbəxt olmağın yolları və s. mövzularda çıxışlar və müzakirələr aparılıb.