“Təhsilin vacibliyi nədədir” adlı icma dinləməsi keçirilib

11 yanvar 2016

Paylaş:

Yanvarın 11-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin  təşkilatçılığı ilə uşaqların təhsildən yayınmasının qarşısının alınması istiqamətində şəhər 3 saylı orta məktəbdə “Təhsilin vacibliyi nədədir” adlı icma dinləməsi keçirilib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, hər bir xalq yalnız savadlı cəmiyyəti ilə qürur duya bilər. Xüsusilə, qızların təhsilli olması gələcəkdə ailədə uşaqların tərbiyəsində mühüm rol oynayır. H. Z. Tağıyevin də dediyi kimi “bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsız, bir qıza təhsil verməklə təhsilli bir ailə”.

İcma dinləməsinin sonunda mövzu ilə bağlı müzakirələr olub və çap materialları paylanılıb