Qadın hüquqları üzrə seminar
Paylaş:
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə layihəyə start vermişdir. Layihə çərçivəsində 7 rayon üzrə iki gün olmaqla qadınlar üçün “Məişət zorakılığı və qadın hüquqları” mövzuları üzrə seminarlar keçiriləcək. İlk seminar 21-22 may tarixlərində Şəki şəhərində keçirildi. 30 nəfər fəal qadının iştirakı ilə təşkil edilən seminarda birinci gün məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların hüquqları üzrə mövzular müzakirə edildi. Seminarlarda Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və Komitə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Hüquqşünas Qadınlar Assosiasiyası ilə birlikdə dərc olunmuş “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanıldı. Seminarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak etmişdir.