Komitə sədri və Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsaslı təmirdən sonrakı açılış mərasimində iştirak ediblər

17 iyul 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti Gerald Gerstbauer, Avstriya Federal nazirinin kabinet rəisi Maria Han-Blaybtroy, millət vəkili Rauf Əliyev və Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev Komitə nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin əsaslı təmirdən sonrakı açılış mərasimində iştirak ediblər.  

Qonaqlara Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, ailələrlə aparılan fərdi iş barədə ətraflı məlumat verilib, onlar Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, autizimli uşaqlarla iş, psixoloq, loqoped xidmətləri, əl işləri və inkişaf etdirici məşğələlər ilə əyani sürətdə tanış olublar, sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.