“ 20 noyabr -Uşaq Hüquqları Konvensiyası” günüdür!
Paylaş:
14.11.2014-cü il tarixdə Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “ 20 noyabr –Uşaq Hüquqları Konvensiyası” günü münasibətilə 20 uşağın iştirakı ilə maarifləndirici təlim keçirildi. Təlim uşaqların öz hüquqları haqqında məlumatlandırılması və bu hüquqların pozulmaması məqsədini daşıyırdı.Bu təlimdə uşaqlar öyrəndilər ki, Konvensiya onların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır.