“Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” adlı layihə çərçivəsində Göygöl rayonunda tədbir keçirilmişdir
Paylaş:
Layihənin məqsədi AHİK-in üzvlərinin Azərbaycan ailələrinin sosioloji vəziyyəti, ailənin psixoloji iqliminə təsir edən amillər (ailədaxili münasibətlərin işin keyfiyyətinə – iş prosesinin ailə həyatına təsiri), əhalinin öz hüquqlarının öyrənilməsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılmasınaistiqamətləndirilmiş mövzular ətrafında məlumatlandırılması, müzakirələrin keçirilməsidir.
4 iyul 2014-ci il tarixində ekspertlərin iştirakı iləGöygöl, Gəncə, Kəlbəcər, Gədəbəy, Daşkəsən, Mingəçevir, Tovuz rayonlarının Həmkarlar İttifaqları Komitələrinin nümayəndələri üçün keçirilmiştədbiri giriş sözü ilə açanAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təşkilat İşləri və Məlumat şöbəsinin müdir müavini Əli Cəfərovqonaqları salamlamış,layihənin keçirilməsinin əhəmiyyətini, Komitə və Konfederasiyanın uğurlu əməkdaşlığı nəticəsində artıq 11bölgədə görüşlərinkeçirildiyini qeyd etmiş, keçirilmiş tədbirlərin uğurlu nəticələrindən bəhs etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova ölkəmizdə uğurla həyata keçirilən ailə, qadın və uşaq siyasəti, həmçinin Komitə tərəfindən bu istiqamətdə görülmüş işlər barəsində tədbir iştirakçılarına geniş məlumat vermiş, bir çox məsələlərin məhz maarifləndirmə tədbirləri nəticəsində öz həllini tapdığını qeyd etmişdir. «Azərbaycan ailələrinin sosioloji vəziyyəti» mövzusunda olan təqdimatında Komitənin ailələrlə bağlı fəaliyyəti istiqamətində olan statistik məlumatları və sosial analitik araşdırmaları qonaqlara təqdim edən A.Veysəlova, hal-hazırda ölkə rəhbərliyi tərəfindən qəbul edilən Dövlət Proqramlarının, layihələrin müsbət nəticələrindən söhbət açmışdır.
Daha sonra Komitənin Regional Mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi Məftunə İsmayılova «Ailədaxili münasibətlər hüquqi prizmadan» mövzusunda çıxış etmiş, ölkədə baş verən erkən nikah və zorakılıq halları, onların yaratdığı fəsadlar, nikah müqaviləsinin əhəmiyyəti, nikahın pozulması nəticəsində yaranmış problemlərin ailələrə və cəmiyyətə mənfi təsirinin aradan qaldırılması, insanların əmək hüquqlarının müdafiəsi kimi məsələlərə toxunmuşdur.
Çıxışlardan sonra müzakirələr başlamış, tədbir iştirakçılarına “Azərbaycan ailəsi 2014” film festivalında xüsusi mükafata layiq görülmüş “Ailədaxili münasibətlərin iş prosesinə təsiri” adlı film nümayiş olunmuşdur.
Sonda Göygöl Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazilə Vəliyeva bütün tədbir iştirakçılarına təşəkkür etmiş, bu cür maarifləndirmə layihələrinin regionlarda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Tədbir iştirakçılarına Komitə və Konfederasiya tərəfindən nəşr olunmuş maarifləndirmə vəsaitləri paylanılmışdır.