Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində “Dostluq görüşü”
Paylaş:
8-9 may 2015-ci il tarixində 2 günlük Göygöl rayonuna “Vətənimizi, tariximizi və milli mənəvi irsimizi tanıyaq, qoruyaq və nəsildən-nəsilə ötürək” devizi altında Bakı şəhəri Nəsimi rayon 5 saylı tam orta məktəbinin beynəlxalq dostluq klubunun üzvləri və həmin məktəbin riskli ailələr qrupuna aid olan şagirdlərdən ibarət qonaqları Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində qəbul edilmişdir. Qonaqlar Göygöl UADM-nin fəaliyyəti, mərkəzdən bəhrələnən aztəminatlı, risk qrupuna aid olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlarlar ilə tanış oldular və öz hədiyyələrini onlara təqdim etdilər. 2 gün davam edən tədbir ərzində uşaqlar Göygöl rayonunun tarixi abidələri ilə tanış oldular, milli mətbəximizin təamlarından daddılar və onların hazırlanmasında iştirak etdilər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi