Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün peşə kursları təşkil edilmişdir

4 may 2015

Paylaş:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınının 6.4.6 bəndinə əsasən internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna köməklik göstərilməsi üçün Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq və gənclərin müxtəlif kurslara yönəldilməsi istiqamətində işlər aparılır.

Bu istiqamətdə növbəti kurslar aşpaz köməkçisi peşəsi üzrə Komitənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığı çərçivəsində 4 may- 4 avqust 2015-ci il tarixlərində 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəbində təhsil alan kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Regional Peşə Tədris Mərkəzində keçirilir.