Koreya səfirliyi Ağdamda məktəblilər arasında rəsm müsabiqəsi keçirib
Paylaş:
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn oktyabrın 2-də Ağdam rayonuna səfəri zamanı yeni dərs ili münasibətilə Ağdam rayonu 14 nömrəli texniki təmayüllü məktəb-liseydə məcburi köçkün şagirdlər arasında “Sehirli nağıl” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqə oktyabrın 3-də baş tutub.
7-11 yaşlı məktəblilərlə Azərbaycan və Koreya xalq nağılları əsasında “Sehirli nağıl” adlı rəsm müsabiqəsinə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəsm dərnəyindən bəhrələnən Sadıqova Şamama da qoşulub.
103 uşaq arasından seçilmiş 3 ən yaxşı nominasiya arasında Sadıqova Şamama da seçilərək sertifikat, rəsm və məktəbli ləvəzimatları ilə mükafatlandırılıb.