İsmayıllıda Novruz şənliyi keçirildi
Paylaş:
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar iştirak etmişlər.
İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırmışdır. Mərkəzdən bəhrələnən uşaqların təqdim etdikləri konsert proqramı maraqla izlənilmişdi. Keçəllə Kosanın məzəli tamaşası, uşaqların rəqsi və ifası hamıda xöş təəssürat oyatmışdır. Tədbirdə iştirak edən uşaqların hamısına hədiyyələr təqdim olunmuş, Novruz xonçasından pay ayrılmışdır.
Tədbirin sonunda 15 ailəyə ərzaq məhsulları paylanmışdır. Mərkəzdən bəhrələnən daha 15 ailəyə isə Kür-Xəzər Xeyriyyə cəmiyyəti tərəfindən geyim əşyaları və yuyucu vasitələr təqdim olunmuşdu.