Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində ”Açıq qapı” günləri keçirmişdir
Paylaş:
29-30 yanvar 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Qəbələ və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “De-institusionalizasiya və Alternativ qayğı” Dövlət proqramı çərçivəsində, dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələrində sistemli preventiv tədbirlərin görülməsi məqsədi ilə ”Açıq qapı” məsləhət günləri keçirilmişdir.
İcmadan risk qrupundan olan uşaqlar və onların ailələri ilə görüş zamanı uşaqların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı ailələr maarifləndirilmiş, həmçinin erkən yaşlı uşaqlarda inkişaf ləngiməsinin aşkarlanması məqsədi ilə Denver II skrininq testi tətbiq edilmişdir.
Müvafiq sahədə əhalinin məlumatlandırılması məqsədilə təşkil edilən məsləhətləşmələrdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə İş şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyələri yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqları, Rayon Mərkəzi xəstəxanasının nevropatoloqları və digər mütəxəssislər iştirak etmişdir. “Ümumilikdə, 16(Qəbələ–8, İsmayıllı-8) nəfər uşağın bacarıqları qiymətləndirilmiş, valideynlərin müvafiq sahədə sualları cavablandırılmış, onların psixo-sosial vəziyyəti nəzərə alınaraq konsultasiya keçirilmişdir. Tədbirin sonunda “Uşaqların İcbari Dispanserizasiyası” ilə bağlı bukletlər paylanılmışdır.