Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi “Narkomaniya bəşəriyyətə düşmən” adlı tədbir keçirmişdir

18 may 2015

Paylaş:

Azərbaycan Respublikasında Narkotik vastələrin və psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə məqsədilə Hacıqabul UADM “Narkamaniya  Bəşəriyyətə Bəla”  adlı maarifləndirmə işini davam etdirərək rayonun 3 saylı tam orta məktəbində tədbir keçirmişdir. Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Hacıqabul Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktik İşin Təşkili Qrupunun və digər əlaqədar qurumların nümayəndələri iştirak etmiş, narkotikin insan orqanizminə zərərindən və yaratdığı fəsadlardan bəhs etmişlər. Tədbirdə “Narkomaniya bəşəriyyətə bəla” mövzusunda qısametrajlı film nümayiş olundu və iştirakçılara “Narkomaniyaya yox deyək”  adlı təqvim-broşuralar paylanıldı.