“Erkən nikah insan hüquqlarının pozulmasıdır”
Paylaş:
Oktyabrın 29-da Hacıqabul şəhər 5 saylı orta məktəbin akt zalında Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşəbbüsü ilə “Erkən nikah insan hüquqlarının pozulmasıdır” mövzusunda seminar baş tutub.
Seminarda erkən nikahın orqanizmə verdiyi fəsadlar haqqında danışılaraq bildirilib ki, yetkinlik yaşına çatmadan nikaha girmək nəinki fizioloji, hətta psixoloji cəhətdən orqanizmə mənfi təsir göstərir. Tədbirdə həmçinin bu problemlə mübarizə aparmaq yolları barədə müzakirələr aparılmıb, qızlara təhsillərini erkən nikaha qurban verməmək tövsiyə olunub.
Sonda iştirakçılara ailə başçılarına ünvanlanmış maarifləndirici məktublar və “Erkən nikah insan hüquqlarının pozulmasıdır” adlı broşuralar paylanılıb.